Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.
Bu barədə BUTA.TV-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Rusiya tərəfinin Azərbaycanda təşkil olunan mötəbər beynəlxalq tədbirlər, o cümlədən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda aktiv iştirak və töhfəsinin məmnunluq doğurduğunu bildirib.
İki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli dialoqun, habelə intensiv təmasların münasibətlərin inkişafına təkan verdiyi diqqətə çatdırılıb. Mövcud ikitərəfli əməkdaşlığın regional və beynəlxalq formatlar çərçivəsində davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycanın COP29-a sədrliyi çərçivəsində görülən işlərdən bəhs edən nazir Ceyhun Bayramov bu istiqamətdə əməkdaşlıq üçün yeni imkanların yarandığını diqqətə çatdırıb.
Postmünaqişə dövründə mövcud regional vəziyyət, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi məlumatlandıran nazir Ceyhun Bayramov, delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın sülh gündəliyi çərçivəsində olduqca müsbət irəliləyiş olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə, rəsmi Bakının normallaşma prosesinin bütün elementləri üzrə real nəticələrin əldə edilməsində qərarlı olduğunu vurğulayıb.
Xüsusi nümayəndə Mixail Şvıdkoy iki ölkə arasında müxtəlif, xüsusilə təhsil, mədəniyyət, texnologiya və innovasiyalar sahələri üzrə əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu, bu istiqamətdə birgə fəaliyyətin vacibliyini qeyd edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
- Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - Yenilənib
- “Sədərək” və “Binə” bağlana bilər... - Açıqlama
- Saleh Məmmədov Almaniyada 24 ha torpaq alıb? - Foto
- Əks istiqamətdə hərəkət etdilər, qəza şəraiti yaratdılar - Video
- Ağdamın daha bir kəndində yanğın başladı
- Neftimizin qiyməti yenidən 100 dolları ötdü
- Hüquqşünas alimə cinayət işi açıldı
- GL Group və Baker Hughes şirkətləri saziş imzalayıb