Moskvanın mərkəzində Ukraynada vurulmuş (bə ya qənimət götürülmüş – red.) NATO ölkələrinin tankları və zirehli maşınları sərgilənir. Kreml bu sərgi vasitəsilə vətəndaşlarına təlqin edir ki, Rusiya Ukrayna ilə yanaşı bütövlükdə NATO ilə savaşır və qələbəni əldə etmək ona görə asan deyil.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, oxşar sərgi 2 il əvvəl Kiyevdə təşkil edlimişdi:
“Həmin sərgidə Kiyev ətrafında vurulan Rusiya tankları və zirehli maşınları göstərilirdi. İndi Rusiya hakimiyyəti Moskvada sərgi keçirməklə Kiyevdəki sərgiyə cavab verdiyini düşünür.
Bakıda Hərbi Qənimətlər Parkında sərgilənən tank və hərbi texnikanın mütləq əksəriyyəti keçmiş SSRİ və Rusiya istehsalıdır. Önəmli olan sərgi deyil, qələbədir. Azərbaycan qələbəni təmin etdi və ələ keçirilən hərbi texnikanı sərgiyə çıxartdı. Rusiya-Ukrayna müharibəsi isə hələ bitməyib, qalib bəlli deyil. Ona görə də Kiyev və ya Moskvadakı sərgilər müharibədə qələbə anlamına gəlmir”.
- Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video
- Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...
- AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat
- Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi
- "AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı
- Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?
- "Aqro Point"in nizamnamə kapitalı yenə azaldı
- Ələsgər Ələsgərov nazir müavini təyin olundu