Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Gert Yan Kupmanın Azərbaycana səfəri başlayıb.
BUTA.TV xəbər verir ki, onun Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşü baş tutub.
"COP29, minatəmizləmə və digər məsələlər sahəsində Avropa Birliyi və Azərbaycan arasında əməkdaşlığı müzakirə etmək üçün Azərbaycandayam. Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Fariz Rzayevlə məhsuldar görüşlərim baş tutdu. Cənubi Qafqazda yaşıl enerji, regional əlaqə və sülhlə bağlı müsbət gündəm yaratmaq üçün mühüm fürsətdir", - Avropa Komissiyasının rəsmisi X hesabında bildirib.
Qeyd edək ki, avropalı rəsmi Azərbaycana Gürcüstandan gəlib. Onun Cənubi Qafqaza səfəri aprelin 30-dan başlayıb.
- Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - Yenilənib
- “Sədərək” və “Binə” bağlana bilər... - Açıqlama
- Saleh Məmmədov Almaniyada 24 ha torpaq alıb? - Foto
- Əks istiqamətdə hərəkət etdilər, qəza şəraiti yaratdılar - Video
- Ağdamın daha bir kəndində yanğın başladı
- Neftimizin qiyməti yenidən 100 dolları ötdü
- Hüquqşünas alimə cinayət işi açıldı
- GL Group və Baker Hughes şirkətləri saziş imzalayıb