Berlində güclü yanğın: əhaliyə xəbərdarlıq edildi

19:56 - 3 May 2024 - GÜNDƏM

 Berlində güclü yanğın: əhaliyə xəbərdarlıq edildi

Almaniyanın paytaxtı Berlində “Diehl Group” müdafiə-sənaye konserninin metal emalı zavodunda güclü yanğın baş verib.

BUTA.TV xəbər verir ki, yanğının söndürülməsinə 130-a yaxın yanğınsöndürən cəlb edilib.

Bildirilib ki, binanın dörd mərtəbəsi tamamən yanıb, bir hissəsi uçub.

Rəsmilər təhlükə ilə bağlı əhaliyə rəsmi xəbərdarlıq edib.

Yanğınsöndürmə idarəsi müəssisənin ətrafından uzaq olmağı, pəncərə və qapıları bağlamağı, havalandırma və kondisioneri söndürməyi tövsiyə edir.

Qeyd edək ki, “Diehl Group” mülki təyinatlı məhsullarla yanaşı, IRIS-T hava hücumundan müdafiə sistemləri, müxtəlif döyüş sursatları və aşkarlama və rabitə sistemləri istehsalı ilə məşğuldur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol