Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.
BUTA.TV xəbər verir ki, Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan tədbirdə kaneo-kayak və akademik növdə qalib olan ölkələrin idmançılarına kuboklar təqdim edilib.
Kaneo-kayak növündə birinci yerin sahibi Gürcüstan, akademik növdə isə Özbəkistan olub.
Mükafatları komandalara Azərbaycan Kaneo və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov ilə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli təqdim ediblər.
Daha sonra tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, Azərbaycan yığması turniri 9 medalla başa vurub.
- Başına 25 milyon qoyulmuşdu, indi taleyi də dəyişib, masası da... - Fotolar
- Xameneinin öldüyü hücum zamanı Əraqçi də orada imiş - İlk dəfə həmin gecədən danışdı
- Argentina futbolunda 300 milyonluq qalmaqal - FTB hərəkətə keçdi
- Bakının bu ərazilərində işıq olmayacaq
- Tarif Şurasından yeni qərar: Sabahdan qüvvəyə minir
- Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi+Video
- “Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur” - Dubl edən erməni futbolçu
- Bu televiziyanın müvəqqəti rəhbəri dəyişdi