Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda fərdi proqramda mübarizə aparan gənc komandalar arasında qaliblər müəyyənləşib.
BUTA.TV xəbər verir ki, turnirin ikinci günündə İsrail komandası 126 800 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bolqarıstan komandası 121 700 xalla ikinci, Rumıniya komandası isə 120 850 xalla üçüncü yeri tutub. Azərbaycanı təmsil edən Fidan Qurbanlı, İlahə Bahadırova, Gövhər İbrahimova və Şəms Ağahüseynovadan ibarət kollektiv isə 117 900 xalla beşinci pillədə qərarlaşıb.
Ardınca qaliblərin mükafatlandırma mərasimi baş tutub. Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə ilk üç yeri tutan gənclərdən ibarət komandalara medal və hədiyyələrlə yanaşı, pul mükafatı da təqdim olunub. Qalibə 1300, ikinci yeri tutana 1000, üçüncü yerin sahibinə isə 700 avro verilib.
Bununla da Avropa Kubokunun ikinci gününə yekun vurulub.
Qeyd edək ki, turnirin ümumi mükafat məbləği 40 min avrodur. Mayın 5-nə kimi davam edəcək yarışlarda 37 ölkədən ümumilikdə 160 gimnast iştirak edir.
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya
- Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?
- Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
- Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili
- Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok
- Mehdiyev oğlunu Patruşevlə tez-tez görüşdürürmüş - Şok foto
- Qaydalar təsdiqləndi: daha tez pensiya və yüksək məbləğ seçimi...