Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

08:32 - 6 May 2024 - GÜNDƏM

 Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Vladimir Zelenskinin Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olduğunu elan etməsi Kremlin hazırda Ukrayna ilə hər hansı sülh danışıqlarının reallığına artıq arxalanmadığına işarədir.

BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, “Mülki Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Ukrayna Silahlı Qüvvələrinə Amerikanın uzaqmənzilli ATACMS raketlərinin və Anqlo-Britaniya “Storm Shadow” qanadlı raketlərinin yeni partiyalarının tədarükünü nəzərə alsaq, qarşıda genişmiqyaslı eskalasiya var: Kiyev bu il mayın ilk ongünlüyündə mümkün terror aktlarına başlaya bilər”, - ekspert vurğulayıb.

Xatırladaq ki, Moskvada 7 mayda Rusiya lideri Putinin andiçmə mərasimi, 8 mayda Aİİ-nin 10 illik yubileyi keçiriləcək, 9 mayda isə Qələbə Günü qeyd ediləcək. Bu tarixlərdə Ukraynanın hücumu gözlənilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol