Beynəlxalq ödəniş sistemi Mastercard ABB-ni 2 nominasiya üzrə mükafatlandırıb.
Bankın Tam DigiCard debet kartı uğurlu məhsul buraxılışı nominasiyası üzrə mükafata layiq görülüb. ABB Mastercard-la uğurlu əməkdaşlıq nominasiyası üzrə də təltif olunub.
Xatırladaq ki, ötən ilin sentyabrında təqdim olunmuş rəqəmsal Tam DigiCard debet kartı ilə bir çox bank əməliyyatlarını rahat, sürətli və illik limitsiz həyata keçirmək mümkündür. Kartı saniyələr içində ABB mobile tətbiqindən əldə edib, Apple Pay və Google Pay vasitəsilə dərhal istifadə etmək olar.
Mastercard ödəniş sistemi ilə sıx əməkdaşlıq əsasında mütəmadi layihə və kampaniyalar həyata keçirən ABB müştərilərinə dünyanın hər yerində sərhədsiz üstünlüklər təqdim edir. Ümumilikdə, ABB ən çox sayda beynəlxalq ödəniş sistemi ilə tərəfdaşlıq edən Azərbaycan bankıdır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya
- Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?
- Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
- Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili
- Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok
- Mehdiyev oğlunu Patruşevlə tez-tez görüşdürürmüş - Şok foto
- Qaydalar təsdiqləndi: daha tez pensiya və yüksək məbləğ seçimi...