Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barədə qərar qəbul edib.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a onun vəkili Cavad Cavadov məlumat verib.
O, bildirib ki, A.Məmmədli barəsində Xətai Rayon Məhkəməsinin 3 ay 28 gün müddətinə həbsqətimkan tədbiri seçilməsi ilə bağlı qərarından verilmiş apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.
Xatırladaq ki, A.Məmmədli ötən ay saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
- 6 aydır bu rayonun icra başçısı yoxdur
- Cərimə balları sıfırlandı - Səbəb texniki imiş
- “17 minə müqavilə bağlamışdım, nə özü, nə də əməkdaşları cavab verir” - Video
- Messi ağladı, mən ağladım...
- Bu ərazilərdə iki saat işıq olmayacaq
- ABŞ-da benzin qiymətləri kritik səviyyəni keçdi
- Prezident Almaniyadadır - Fotolar
- MN nümayəndə heyəti Yaşar Gülərlə görüşdü