Müasir tarixinin son üç onilliyi ərzində Azərbaycan ardıcıl olaraq öz dövlətçiliyini qurub, milli maraqlarının aydın dərk edilməsinə əsaslanan siyasət yürüdüb. Mənim nöqteyi-nəzərimə görə, Azərbaycan bu vəzifəni parlaq şəkildə yerinə yetirir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev Azərbaycan Prezidenti İlham Əliyevlə Bakı görüşünün yekunlarını şərh edərkən deyib.
“Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlıq ani deyil, bu, dövlətlərarası əməkdaşlığın uzunmüddətli layihəsidir. Azərbaycan heç bir hərbi bloka qoşulmayıb, dörd ildir ki, Qoşulmama Hərəkatının lideridir və sədrliyi dövründə bu ikinci ən böyük beynəlxalq təşkilata yeni nəfəs verib, Azərbaycan Respublikasına və şəxsən Prezident Əliyevə yalnız təriflər düşür. Bu, şübhəsiz ki, nailiyyətdir”, - o bildirib.
Kosaçevin sözlərinə görə, Azərbaycanın nə vasitəçilərə, nə də hərbi müttəfiqlərə ehtiyacı var:
“Bu, hörmət tələb edən normal mövqedir. Bu məsələdə Moskva ilə Bakının mövqeləri tamamilə üst-üstə düşür. Bunu digər Cənubi Qafqaz ölkələrinin dərk etməsi qalır - Gürcüstan və təəssüf ki, Qərblə yanlış yaxınlaşma istiqamətində sürüklənən Ermənistan”.
- Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - Yenilənib
- “Sədərək” və “Binə” bağlana bilər... - Açıqlama
- Saleh Məmmədov Almaniyada 24 ha torpaq alıb? - Foto
- Əks istiqamətdə hərəkət etdilər, qəza şəraiti yaratdılar - Video
- Ağdamın daha bir kəndində yanğın başladı
- Neftimizin qiyməti yenidən 100 dolları ötdü
- Hüquqşünas alimə cinayət işi açıldı
- GL Group və Baker Hughes şirkətləri saziş imzalayıb