Çin Sədri Si Szinpin mayın 6-da Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Çin-Fransa-AB üçtərəfli görüşündə iştirak edib.
BUTA.TV xəbər verir ki, Szinpin Çinin AB ilə birlikdə İsrail-Fələstin münaqişəsi üzrə ikidövlətli həllin həyata keçirilməsi üçün konkret cədvəl və “yol xəritəsi” hazırlamaq məqsədi ilə daha geniş, daha nüfuzlu və effektiv beynəlxalq sülh konfransının çağırılmasını dəstəkləməyə hazır olduğunu bildirib.
O ümid etdiyini bildirib ki, AB qurumları Çin haqqında düzgün təsəvvür formalaşdıracaq və Çinə qarşı pozitiv siyasət yürüdəcək.
Szinpin vurğulayıb ki, Çin-Avropa münasibətləri güclü daxili hərəkətverici qüvvəyə və geniş inkişaf perspektivlərinə malikdir və onlar heç bir üçüncü tərəfə qarşı yönəlməyib və heç bir üçüncü tərəfə arxalanmamalı və ondan asılı olmamalıdır.
- Bakıda 24 yaşlı gənc dənizdə boğuldu
- Həyətindəki ağacı kəsən şəxs cərimə oluna bilər?
- Bakı və Astaranın bir hissəsi işıqsız qalacaq
- Kəlbəcərə dolu düşdü
- Daha bir gəmi hücuma məruz qaldı - Azərbaycanlılar xilas edildi
- Keyne Yamalın məşhurluğuna yenə ortaq oldu... - Fotolar
- Argentina antirekordla tarixə düşdü - Foto
- Finaldan sonra əlbəyaxa dava - Video