Azərbaycan Kino Mərkəzi 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz şanlı qələbəmizdən bəhs edən tammetrajlı film ssenarisi müsabiqəsi elan edir.
Kult.az xəbər verir ki, bu barədə Mərkəzdən məlumat verilib.
Müsabiqəyə müharibə mövzusunda olan ssenarilər, həmçinin sinopsis və ya tretmanlar qəbul olunur.
Təqdim edilən ssenarilər “Courier New” şrifti ilə yazılmalı, şriftin ölçüsü 12 olmalıdır.
Müsabiqəyə qatılmaq üçün ssenarilər (tretman və sinopsis) müəllif haqqında məlumatla (filmoqrafiya (əgər varsa) əlaqə telefonu və e-mail ünvanı) birlikdə [email protected] e-mail ünvanına “Ssenari müsabiqəsi” başlığı ilə göndərilməlidir.
Bir iştirakçı müsabiqəyə istənilən sayda ssenari, həmçinin sinopsis və ya tretman təqdim edə bilər.
Müraciət üçün son tarix 30 iyun 2024-cü ilə kimidir.
Ətraflı məlumat üçün 050 (371-55-37) telefon nömrəsinə zəng edib məlumat ala bilərsiniz.
- Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi - Video
- Həmin uşaqların anası polisə çağırıldı - Yenilənib
- Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto
- Həlak olan gəmi kapitanının nəşi Azərbaycana yola salındı
- Hikmət Həsənov uzun müddət sonra göründü - Foto
- Bakıda itkin düşən azyaşlı bacı-qardaşla bağlı dəhşətli detallar...
- Çay dərəsinə yıxılıb əzildi: belə xilas edildi - Video
- Çimərliklərdə hava necə olacaq?