Qarabağda qondarma qurumun “prezidenti” olmuş Arkadi Qukasyan barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət olunub.
BUTA.TV xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində vəsatətə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılıb.
Təqdimatda Arkadi Qukasyanın irihəcmli cinayət işi üzrə ibtidai istintaq hərəkətlərinin davam etməsi əsas gətirilərək barəsində seçilmiş qətimkan tədbrinin daha bir neçə ay uzadılması istənilib.
Məhkəmə vəsatət və təqdimatı təmin edib. Qərara əsasən, A.Qukasyan barədində həbs-qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - Video
Bundan başqa, Bakıda həbsdə olan daha bir separatçının həbs müddətinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.
- Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı
- ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edirik
- Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi - Video
- Trampdan Səudiyyə Ərəbistanındakı vəziyyət barədə açıqlama
- Tatarıstanda təyyarə televiziya qülləsinə çırpıldı: ölənlər var
- Çilidə qocalar evində yanğın: ölənlər var
- Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
- İrəvandan Kremlə hədə: Qaz qiyməti qalxsa, hərbi baza...