Mina problemi ilə mübarizə siyasi iradə, texnoloji innovasiyalar, cəmiyyətin cəlb edilməsi, beynəlxalq əməkdaşlığı birləşdirən kollektiv fəaliyyət və vahid yanaşma tələb edir.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bunu BMT Baş Katibinin Köməkçisi, BMT-nin İnkişaf Proqramının Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
“Azərbaycan minalarla mübarizəyə yönəlmiş, mina və partlamamış hərbi sursatlarla çirklənmə ilə mübarizənin vacibliyini vurğulayan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) 18-ə nail olmaq üçün milli təşəbbüs qəbul edib. Bu, DİM-ə daxil olan 17 məqsəddən biri olmasa da, ölkənin mina və partlamamış hərbi sursatlarla bağlı konkret problemlərin həllinə sadiqliyini vurğulayır”, - o vurğulayıb.
İ.Jivkoviç qeyd edib ki, innovasiya dünyada tərəqqinin sürətləndirilməsinin açarıdır.
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyəyə getdi - Kürəkəninə ağır cəza tələb etdi
- Məcnun Məmmədov özünə daha bir müşavir təyin etdi - Foto
- Vensə xəbərdarlıq edildi: ABŞ-ın bu raketləri tükənir
- Putinin ardınca Pezeşkian da Hindistana getdi
- Litva bu halda Rusiya nüvə silahının hədəfi olacaq
- Dünyanı dəyişən dəhşətli hadisədən 25 il ötür - Fotolar
- Türklər dərhal ölkəmizi tərk etməlidirlər - General
- “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimələnə bilərsiniz-Yenilənib
- Putin Hindistana getdi