Daşınmaz əmlakın sığortası qanunla icbari qaydada aparılır. 50 AZN Bakıdakı mənzillərin illik sığorta haqqıdır, sığortadan yayınmaya görə 30 manat cərimə nəzərdə tutulur.
Bu sözləri BUTA.TV-a sığorta üzrə ekspert Hikmət Allahverdi evlərin sığortasının məcburi qaydada aparılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
O bildirib ki, qanun icbari olsa da, cərimənin tətbiqi mexanizmi hələlik yoxdur:
“Qanun icbaridir, cərimə nəzərdə tutulub. Ancaq qanunvericiliyin tələbinə görə daşınmaz əmlakın icbari olmasına baxmayaraq, yaşayış yerlərinin sığortalılıq faizi daha aşağıdır. Çünki bu prosesə nəzarət mexanizmləri mövcud deyil. Bir sözlə, mənzillərini icbari sığorta etdirməyənlərin hansı prosedurla cərimələnəcəyi mexanizması hələ ki hazırlanmayıb. Bu isə sabah olmayacağı anlamına gəlmir”.
İcbari Sığorta Bürosundan sorğumuza cavab olaraq bildirilib ki, çıxarışı olan ev mütləq sığorta olunmalıdır:
“Bakı şəhəri üzrə illik sığorta məbləği 50 AZN-dir. Əgər ödənilməsə, yerli icra hakimiyyəti orqanları baxış keçirən zaman evin sığortalanmadığı aşkara çıxarsa, 30 AZN məbləğində cərimə edir. Cəriməni icra hakimiyyəti orqanları tətbiq edir”.
- Küçələrdə ölən aktrisanın sərvəti üzə çıxdı - Fotolar
- Qələbədən sonra duyğusal qucaqlaşma... - Video
- Argentina futbolçuları meydanda siyasi pankart açdı - Fotolar
- Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı
- Köhnə yara, yeni oyun - Bir adanın kölgəsində
- İnternetdə nasazlıq: 41 namizəd imtahan verə bilmədi
- İnternetdə nasazlıq yarandı - 41 nəfərin imtahanı yarımçıq qaldı
- Sabah Bakının bu ərazilərində işıq olmayacaq