Mən fəxr edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi sammitində Kipr türk xalqını təmsil etmişəm. Türk dünyasının gücü birlikdədir!
BUTA.TV xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar bazar günü Lefkoşada keçirilən brifinqdə Azərbaycana səfərinin yekunlarını şərh edərkən bildirib.
Ersin Tatar göstərilən xüsusi diqqət və qonaqpərvərliyə görə Azərbaycana minnətdarlığını bildirib. “ŞKTC nümayəndələri Azərbaycanda dövlət protokoluna uyğun olaraq qarşılanıb. Bu, əvvəllər yalnız Türkiyədə olub. Prezident İlham Əliyevə, eləcə də Şuşada sammitin təşkilində iştirak edən hər kəsə minnətdaram”, - deyə Tatar vurğulayıb.
Siyasətçi işğaldan azad edilmiş Xankəndi şəhərinə səfər etməkdən məmnunluğunu ifadə edib.
Tatar uzun müddətdir ki, bu cür əhəmiyyətli dialoq platformasında iştirak etməyə ümid etdiyini etiraf edib. “Bizim məqsədimiz TDT çərçivəsində əlaqələrin hərtərəfli inkişafıdır. ŞKTC bayrağının da Şuşada dalğalanmasından çox şadam”, - deyə ŞKTC lideri bildirib. Tatar eyni zamanda Aİ-nin ayrı-ayrı siyasətçilərinin Lefkoşanın Şuşada TDT-nin qeyri-rəsmi sammitinə dəvəti ilə bağlı reaksiyasını tənqid edib.
ŞKTC Prezidentinin sözlərinə görə, türk dövlətləri ilə əlaqələrin inkişafı Kipr türklərinin mövqelərinin möhkəmlənməsinə və Kiprdə “iki dövlət” prinsipinə uyğun ədalətin bərqərar olmasına mühüm töhfə verir.
- Azərbaycanla münasibətə görə ürəyim qan ağlayır - Kalaşnikov
- Rusiyada yaşayan azərbaycanlılara xəbərdarlıq
- Rusiyanın Azərbaycanla bağlı planı budur - Saakaşvili
- Azərbaycan diplomatları Xankəndidə toplaşır
- Müşavirədə Ermənistanla demarkasiya planları müzakirə edildi
- Azərbaycanda əsgərlik yaşı dəyişirmi?
- General-polkovnik Xəlil Aslanova 17 il həbs verildi
- İran Rusiyada kəşfiyyatı genişləndirdi: nə əldə etmək istəyir?