Yeni başçının karyerası: idmançı, polis rəisi, deputat…

15:06 - 8 İyul 2024 - CƏMİYYƏT

 Yeni başçının karyerası: idmançı, polis rəisi, deputat…

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Adil Əliyev Suraxanı rayonuna icra başçısı təyin edilib.

BUTA.TV xəbər verir ki, A.Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub.

O, 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib.

1992–1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.

1994–2003-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayonu Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib.

2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2003–2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib.

1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını, 2010-cu ildə BDU-nun aspiranturasını bitirib.

9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Adil Əliyev parlamentin III, IV, V və VI çağırış deputatı və sonuncu çağırış Milli Məclisin sədr müavini olub.

O, məşhur general, hazırda Belarusda Azərbaycanın səfiri vəzifəsində çalışan Məhərrəm Əliyevin qardaşıdır.

Ailəlidir, üç övladı var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol