Son günlər erməni ekspertlərin müharibə “həyəcanı” və “panikası” getdikcə bütün sosial şəbəkə və sosial medianı doldurmaqdadır. Bu panikanın əsl səbəbi haqda danışılmasa da, Cənubi Qafqazda yeni müharibə proqnozlarında erməni politoloqlar israr edir.
BUTA.TV xəbər verir ki, COP-29 tədbirlərindən sonra Azərbaycanın Ermənistana öz şərtlərini qəbul etdirmək üçün savaş açacağı hallüsinasiyasına Qarabağ separatçılarının üzvü olmuş Ayk Xanumyanın daha bir “proqnozu” əlavə edilib.
2024-cü ilin yanvarında Azərbaycanın “aqressiyasının artdığını müşahidə etdiyini” iddia edən və Ermənistana hücum olacağına “əminliyini” bildirən Xanumyan indi proqnozunda redaktələr edib. İddia edib ki, müharibə olacaq, ancaq Azərbaycan ərazisində.
“Mən məhz Azərbaycan ərazisində mümkün müharibəni görürəm”, – deyən Xanumyan yeni savaşın “regional logistika ətrafında” olacağını iddia edib.
Maraqlıdır ki, əgər “regional logistika”dan söhbət gedirsə, bu, yalnız Zəngəzur dəhlizi ola bilər. Qərbi Zəngəzur isə hələlik Ermənistan ərazisindədir. Bu baxımdan Xanumyanın “Azərbaycan ərazisində savaş görməsi” kahinliyini fəhm etmək hər siyasətçinin işi deyil.
Qeyd edək ki, Ermənistanın Fransadan “Sezar” silahları aldıqdan sonra Hindistandan 500 km mənzili olan ballistik raketlər əldə etməyə çalışması fonunda erməni siyasətçilərin bir-birinin ardınca müharibə olacağı və guya Azərbaycanın hücum edəcəyi haqda açıqlamaları düşündürücüdür. Bu, Ermənistanın müharibə hazırlığında olması təsəvvürü yaradır və sanki “Azərbaycan hücum edəcək” təbliğatı üçün də “müstəqil” politoloqlara komanda verilib.
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!
- Azərbaycan XİN Pakistana başsağlığı verdi
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır