Böyük Britaniya Leyboristlər hökuməti dövründə Avropada NATO-nun aparıcı qüvvəsi olacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Böyük Britaniyanın yeni müdafiə naziri Con Hili deyib.
“Ağ Evə kimin seçilməsindən asılı olmayaraq, etiraf etməliyik ki, Amerika prioritetləri Hind-Sakit Okean regionuna keçəcək. Nəticədə, avropalı NATO üzvləri daha çox ağır yükü daşımalıdırlar və liderliyin bir hissəsini üzərlərinə götürməlidir.
Beləliklə, sammitdə Keyr Starmer yeni hökumətin dövründə Böyük Britaniyanın Avropada NATO-nun aparıcı dövləti olmasını təmin etməyi öhdəsinə götürəcək”, - nazir bildirib.
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır
- Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video
- Azərbaycan şirkətləri Monteneqroda 1 milyard dollar investisiya qoyub
- Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - Video
- Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması... - Video
- Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək
- Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert