Azərbaycan sülh müqaviləsinə Ermənistan Konstitusiyasında və digər normativ hüquqi aktlarda yer alan ərazi iddialarının başlıca əngəl olduğunu bəyan edib. Bu dəyişiklik olmayınca sülhün mümkünsüzlüyü qeyd edilib. Ermənistan isə Azərbaycanın konstitusiya tələbini qəbul etməyəcəyini rəsmi şəkildə bildirib.
Bunu Teleqraf.com-a siyasi şərhçi Asif Nərimanlı deyil.
“Nikol Paşinyan tapşırıq verdi ki, Ermənistan Konstitusiyasına dəyişiklik 2026-cı ilin dekabrına qədər tamamlansın. Həmin vaxta qədər Ermənistan bu tələbi yerinə yetirmək niyətində deyil. Bakı isə bu tələbin yerinə yetirilməsini, ərazi iddialarının aradan qaldırılmasını istəyir”, - deyə o əlavə edib.
Siyasi şərhçiyə görə, bu halda iki variant gündəmə gəlir:
“Sülh sazişi ilə bağlı hər hansı bir sənəd, niyyət protokolu, çərçivə sazişinin imzalanması iki il müddətinə uzanacaq. Bu tələb yerinə yetirilməyincə hər hansı sənədə imza atılmayacaq. Amma yaxın dövr üçün sülh sazişi ilə bağlı hər hansı bir sənədin imzalanması mümkün olarsa, Ermənistan qanunvericiliyində Azərbaycana qarşı olan ərazi iddialarını başqa formada həll etmək olar. Yəni imzalanacaq sənədə “Ermənistan konstitusiyasında və normativ hüquqi aktlarında ərazi iddialarının sıradan çıxarılması təmin edilsin” kimi bir müddəa əlava edilə bilər. Bu halda hansısa sənədi imzalamaq mümkündür. Sözsüz ki, bu ehtimal variant da sual altındadır”.
Asif Nərimanlı bildirib ki, Ermənistan da eyni tələblə Azərbaycana qarşı çıxış edir: “Azərbaycanın Konstitusiyası və normativ hüquqi aktlarında olan bəzi məqamlarla bağlı erməni tərəfinin əsassız iddiaları var. Sözsüz ki, bu absurd yanaşmadır. Ermənistanın bu tələbi qarşılıqlı olaraq irəli sürməsi sadəcə olaraq həmin bənd üzrə razılaşmanı çətinləşdirir. Amma hüquqi baxımdan yeganə alternativ yol məhz Ermənistanın üzərinə öhdəliyin qoyulmasıdır”.
Politoloq Fərhad Mehdiyev də Azərbaycanın sülhlə bağlı tələbinə qarşı alternativin olmadığını söyləyib:
“Prezident İlham Əliyev Ermənistanın konstitusiya dəyişikliyinə getməsinin məcburi olması ilə baglı dəfələrlə fikir bildirib. Ən son da bunu Suşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində dilə gətirib. Dövlət başçısnın mövqeyi bu formada olduğuna görə alternativ çıxış yollarından danışmağa dəyməz”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh müqaviləsinin imzalanması üçün bu ölkənin konstitusiyası və digər normativ hüquqi aktlarında yer alan ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılmasının başlıca şərt olduğunu bəyan edib.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir