Ötən gecə Şiraz şəhərinin Şahçıraq ziyarətgahında atəş açılıb və bir neçə nəfər yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
İranın Fövqəladə Hallar Təşkilatının sözçüsü Babək Yektapərəst atəşin havaya açıldığını deyib.
“Ziyarətgahda məmurlardan biri səhvən havaya atəş açıb, təşvişə düşən əhalinin ayaqları altında qalan 3 nəfər yaralanıb”, - o bildirib.
İran Daxili İşlər Nazirliyinin Məcid Mirəhmədi məsələ ilə bağlı verdiyi açıqlamada Şahçıraq ziyarətgahında partlayış olmadığını deyib.
Qeyd edək ki, sosial media kanallarında yayılan məlumatlarda ziyarətgahda partlayış olduğu və bir neçə nəfərin yaralandığı bildirilib.
- Sabah çimərliklərdə hava necə olacaq?
- Sabahın hava proqnozu açıqlandı
- TƏBİB-dən Hacıqabuldakı qəza ilə bağlı - Açıqlama
- Hacıqabulda sərnişin avtobusu aşdı: 21 yaralı
- Bakıda güclü külək, rayonlarda yağış... – Faktiki hava
- DÇ tarixində ilkə imza atdı
- Hacıqabulda sərnişin avtobusu aşdı - Yenilənib
- Argentina yarımfinala çıxdı və İngiltərəyə rəqib oldu - Video-Yenilənib