Sumqayıtda azyaşlı övladını suda boğaraq öldürməkdə şübhəli bilinən türkiyəəsilli Yeşil Ahmet Turanın məhkəməsi başlayır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, istintaqı tamamlanan cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilərək hakim Rəşad Əliyevin icraatına verilib.
Qeyd edək ki, rəsmi məlumatda bu ilin mart ayının 31-də Sumqayıtda dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bildirilib ki, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməkdə şübhəli bilinib.
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimələnə bilərsiniz-Yenilənib
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
- 1661-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
- Nə qədər lazımdırsa, o qədər də döyüşəcəyik - Budanov
- Nazirdən daha bir təyinat - Foto
- “Baxırsan yaxşı müəllimdir, amma qıza deyir “niyə oxuyursan, ərə get”
- Vuçiç istefa verəcəyini açıqladı
- İmamoğluya yeni hökm oxundu
- Tanınmış italiyalı xanım siyasətçi öldü