ReAL Partiyasının sabiq sədri İlqar Məmmədov siyasətdən getdiyini elan edib.
BUTA.TV xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Keçən il söz vermişdim: həm qarşıdakı prezident və ya parlament seçkisində rəhbəri olduğum Respublikaçı Alternativ Partiyasına uğur qazandıra bilməsəm, həm də özüm seçki dairəsini uduzsam, publik siyasətdən çəkiləcəm. Budur, cari ilin fevral prezident seçkisində namizəd irəli sürmək haqqında partiyamız yekdil qərara gələ bilmədi. Seçki erkən keçdiyinə görə ölkəmizin böyük hərbi qələbəsi hələ də bütün digər mövzuları kölgədə qoyurdu. Yarış fürsəti aydın görünmürdü.
Ölkəmizin müharibə sonrası gələcəyinə həsr olunmuş ilk səsvermə üç həftə əvvəlki 1 sentyabr Milli Məclis seçkisi idi. Burada da, təəssüf ki, partiyamızın parlamentdə təmsilçiliyini artıra bilmədim.
Nəhayət, üçüncü şərt. Dairəni udmaq. 1998-ci ildə publik siyasi fəaliyyətə başladığım gündən indiyədək ölkədə altı dəfə yarışacağım parlament, iki dəfə prezident seçkisi keçirilib. 2005 – səsverməni həqiqətən uduzdum. 2010 – çox güman uddum, amma saxtakarlıq baş alıb getmişdi. Nəhayət, bu il 2024-də xalqımız özünün ali siyasi iradəsini səkkizinci dəfə ifadə edərək, mənə yenə də “yox” qərarını açıqladı. Bu müqəddəs iradəyə tabesizlik göstərmək düzgün olmazdı. Onu eşitdim və söz verdiyim kimi, publik siyasi fəaliyyətdən bu gündən ayrılıram”, - o bildirib.
- "Azərsun Holdinq”in yeni sədri bəlli oldu
- Mnatsakanyan təsdiqlədi: "Ordunun komandanı" olub
- Rustavidə saxlanılan İŞİD üzvü Azərbaycan vətəndaşıdır
- Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə görüşdü
- Əmlakın müsadirəsi ilə bağlı yeni qərar
- İşxanyanın Qaradağlıdakı cinayəti ilə bağlı sənəd tədqiq edildi
- Ağacları kütləvi şəkildə kəsənlər vəzifəli şəxslər imiş
- Pənahov 2 milyon dollarlıq villanı oğluna necə alıb?