Sabahdan Azərbaycan Dəmir Yolları QSC (ADY) loyallıq proqramının tətbiqinə başlayır.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, bu proqram şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradır, gedişlər üzrə 3% "cash back" və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazandırır.
"Loyallıq proqramı bir həftə test rejimində fəaliyyət göstərəcək", - deyə ADY rəsmisi qeyd edib.
Qurum həmçinin 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçir. Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. Artıq səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15 % endirimdən yararlana biləcəklər.
A.Fərəcov bildirib ki, yeni dinamik qiymət siyasəti müştərilərə daha geniş seçim verir: “Dünya təcrübəsinə nəzər salsaq, Rusiya Dəmir Yolları yüksək tələbatlı marşrutlar üzrə dinamik qiymətqoyma strategiyasından istifadə edir, Belarusiya Dəmir Yollarında rezervasiyalar və qeyri-pik vaxtlarda endirimlər təklif olunur, Avropa ölkələrinin bir çoxunda isə biletin alındığı müddət, doluluq faizi, yer seçiminə görə qiymətlər dəyişir. Artıq ADY sərnişinləri də ölkədaxili istiqamətlərdə səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilərlər. Qiymətlər alış tarixinə, həftənin gününə, bayramlara və oturacaq istiqamətinə görə müəyyən edilir. Bu dinamik tarif modeli erkən bilet alan sərnişinləri mükafatlandırır, həmçinin öncədən əlavə qatar
- Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından 4 il ötür
- Moskvada MDB liderlərinin qeyri-rəsmi naharı oldu
- İsrailin Bakı səfirliyindəki bayraq yarıya endirildi
- Vardanyanla bağlı Qərbin PR maşını işə düşdü
- Qərb buna görə Ermənistanı dəstəkləyir - Korotçenko
- Əliyevin erməni xalqı ilə bağlı siyasəti... - Şevçenko
- Prezidentin müavin təyin etdiyi İslamzadənin dosyesi
- İlham Əliyev Putinlə görüşəcək