Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu qaçaqmalçılıqda ittiham olunur.
“BUTA.TV” APA-ya isitnadən xəbər verir ki, sabiq konsul Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir.
Cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.
Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb.
O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsulu vəzifəsinə təyin edilib. 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.
- “Sarkisyan və Koçaryan Azərbaycana təhvil verilə bilər, bir şərtlə ki...”
- Prezident Qaradağda açılışda - Fotolar
- Fidan və İshaq Darla danışdı
- Rusiyada 8 hərbi təyinatlı obyekt vuruldu - Video
- Zelenski xanımı ilə birlikdə Kanadaya getdi
- Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
- Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
- İsrail Türkiyəyə yeni səfir göndərdi