Son günlər bir çox sahədə sosial müavinətlərin artırılması müzakirə edilir. Hazırda müharibə veteranlarının aylıq müavinəti 80 manatdır. Bəs görəsən onlara dövlət tərəfindən ayrılan müavinət artırıla bilərmi?
Mövzu ilə bağlı Sonxəbər.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bu müavinətlərin artırılması gözləniləndir:
"Bu müavinətilərin artırılmasına ehtiyac var. Çünki ən son təyin olunan məbləğdən sonra keçən dövr ərzində ölkədə xeyli bahalaşmalar yaranıb. Pul öz dəyərinin itirib. Buna görə də bu məbləğin alıcılıq qabiliyyəti təyin olduğu dövrə görə iki dəfə azdır. Yəni faktiki götürsək, indiki dövrdə ən azı 150 manat təyin olunmalıdır. Çünki artıq 80 manata heçnə almaq mümkün deyil. Həm ərzağın qiyməti, həm nəqliyyatda gediş haqları, həm dərmanların qiyməti artıb.
Bu, o deməkdir ki, pulun əmtəə dəyəri son iki ildə iki dəfə aşağı düşüb. Buna görə mən hesab edirəm ki, veteranlıq üçün alınan müavinət ən azı 2 dəfə artırılmalı, minimum 150 manata çatdırılmalıdır. Çünki bu adamlar müharibədə iştirak edib, vətən uğrunda sağlamlıqlarını qurban veriblər. Amma indi onların əksəriyyəti sosial cəhətdən aztəminatlıdır. Onların arasında çox az maaşa işləyənlər, hətta işsizlər belə var. Dövlət bu məsələdə öz köməkliyini göstərməlidir. Bu müavinətlərin artırılması gözləniləndir, lakin məbləğin 150 manatdan daha çox olması isə gözlənilmir".
- Milyarderlər siyahısına Ələkbərov başçılıq edir
- Uşaqlıqda çoban olmuşam, məktəbə gedə bilmədim...
- Fransada siyasi rəqiblərə qarşı repressiya başladı
- Pezeşkianın Azərbaycana səfərinin vaxtı məlum oldu
- Çoban İsfəndiyar, əlaltı alimlər və anormal reaksiya
- Paşinyan ordunu silahlandırır, atəşkəsi pozur – Nə istəyir?
- İrəvandan azərbaycanlılara təbrik mesajı göndərən türkiyəli bloqerə cinayət işi açıldı
- Türkiyədə səs yazısı: Azərbaycanlıları kənddən çıxarmaq üçün…