Azərbaycanda binalarda yeni isitmə sisteminə keçidlə bağlı iş aparılır.
BUTA.TV xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, "Azəristiliktəchizat”a dövlət büdcəsindən ildə 46 milyon manat vəsait ayrılır:
"Ancaq qurumun əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır. Burada da böyük zərər əmələ gəlir. Qazanxanaların səmərəliliyi olduqca aşağıdır. Yeni, daha müasir isitmə sisteminə keçmək lazımdır. Bununla bağlı bəzi təkliflər var, hazırda üzərində iş gedir”.
- Ramiz Mehdiyevlə Ermənistanla necə əlaqə saxlayırmış?
- Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş
- Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi
- 4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var
- "Forbes" İranın gücünü müqayisə etdi: Siyahıda Azərbaycan da var
- Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi
- Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...
- 1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci