Rusiyanın “Azimut” aviaşirkətinə məxsus “Suxoy Superjet 100” təyyarəsi Krasnoyarskda məcburi eniş edib.
BUTA.TV xəbər evrir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, buna səbəb ön şassinin hidravlik nasazlığı olub.
Mineralnıye Vodı-Ufa-Krasnoyarsk reysini yerinə yetirən RA 89080 təyyarəsi təcili eniş siqnalı verib və yerli vaxtla saat 11:45-də Krasnoyarska enib. Sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb.
Qeyd edək ki, bu, bir gündə nasazlıq yaşayan ikinci “Azimut” superjetidir. Belə ki, Soçidən Türkiyəyə uçan daha bir təyyarə Türkiyənin Antalya hava limanına endikdən sonra yanıb.
- Bakıdakı məşhur universitet bağlanır?
- AzTV-nin sabiq əməkdaşına vəzifə verildi
- Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi
- “Dinamo” ikinci qolu da vurdu - Canlı-Yenilənir
- "Bibiheybət" imamının diplomu tanınmadı
- Məşğulluq Agentliyində yeni - Təyinat
- Bu rayonda 16 mindən çox abonentin qazı kəsiləcək
- Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşdı