Hərbi sirr hesab olunan informasiya xarakterli məlumatlarla necə davranmaq lazım olduğu həm qanunvericilikdə, həm də jurnalistlərin kodeksində əksini tapıb.
Bu sözləri BUTA.TV-a açıqlamasında media eksperti Müşfiq Ələsgərli hərbi ekspert Ədalət Verdiyevin hərbi sirri yaydığı üçün həbs olunmasına münasibət bildirərkən bildirib.
O xatırladıb ki, bununla bağlı həm Baş Prokurorluq, həm də Müdafiə Nazirliyi vaxtaşırı məlumatlandırma işləri həyata keçirirlər:
“O ki qaldı Ədalət Verdiyev kimi hərbi mütəxəssisin bu cür yanlışa yol verməsinə, bu, hamı kimi, məni də çox təəccübləndirdi. Yəqin ki, istintaq araşdırması davam edəcək, özüm də nəticəsini gözləyirəm”.
Qeyd edək ki, dünən hərbi ekspert Ədalət Verdiyev dövlət sirri təşkil edən məlumatı yaymaqda təqsirləndirilərək həbs edilib.
- Bakıdakı məşhur universitet bağlanır?
- AzTV-nin sabiq əməkdaşına vəzifə verildi
- Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi
- “Dinamo” ikinci qolu da vurdu - Canlı-Yenilənir
- "Bibiheybət" imamının diplomu tanınmadı
- Məşğulluq Agentliyində yeni - Təyinat
- Bu rayonda 16 mindən çox abonentin qazı kəsiləcək
- Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşdı