Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilir ki, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu - baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
- 13 Rusiya vətəndaşının azadlığa buraxılması...
- Siçan yeni doğulan körpələri dişləyib öldürdü - VİDEO
- Bezmişəm, həbsə hazıram - Şərurlu İsfəndiyar
- Ərdoğan Azərbaycana gəlir - Detallar
- Hərbi xidmətə getməyi gecikdirənlər həbs oluna bilər - AÇIQLAMA
- Rusiyanın Azərbaycana ehtiyacı var: Ancaq indi şərtləri Kreml deyil, Bakı diktə edir
- Həyasızlığa baxın: Qarabağa qayıtmaq istəmirlər - VİDEO
- Rusiya qəzaya görə ödəniş edib? - Hökumənin atası danışdı