Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin sərnişinlərindən biri Yeni il üçün qızına baş çəkməyə uçurmuş.
BUTA.TV lent.az-a istinadən xəbər verir ki, Qazaxıstanda qəzaya uğrayan təyyarənin göyərtəsində olan Nərminə İgidovanın əri Bəşir həyat yoldaşının Yeni ili nəvələri və qızı ilə qarşılamaq üçün Nalçikə uçduğunu deyib.
Kişinin sözlərinə görə, arvadı ilə əlaqə kəsilib və onun hələ də sağ qalıb-qalmadığını bilmir.
"Onunla sonuncu dəfə dünən axşam danışdıq, o, Bakıyadək 400 kilometr yol getməli olduğunu dedi. O, artıq yolda idi və hər şeyin yaxşı olduğunu söylədi. Bu söhbətdən sonra mən onunla daha əlaqə saxlaya bilmədim, telefon əlçatmaz idi. İndi heç nə başa düşmürəm, heç kim mənə zəng etmir. Mən onu harada axtaracağımı bilmirəm", - deyə Bəşir bildirib.
Nərminə və Bəşirin iki azyaşlı nəvəsi var. Baba və nənə mümkün qədər tez-tez qızlarına və nəvələrinə baş çəkməyə çalışıblar. Yaxınlarının dediyinə görə, Nərminə həyat yoldaşı ilə birlikdə yaşadığı Yekaterinburqdan tez-tez qohumlarının yanına gedirmiş.
- Tərəfdaş ölkə səfirinin sərhədimizə gəlib, bu cür bəyanat verməsi…
- Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
- Buna görə Çinlə əməkdaşlığı genişləndiririk - Əliyev
- Rəşad Dağlının ad günü kadrları aranı qatdı - Video
- Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adını açıqladı
- Çin Azərbaycanın 4-cü ən böyük tərəfdaşıdır - Prezident
- Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
- İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verdi