Pilotun xəbərdarlıqsız eniş etməyə icazəsi var.
BUTA.TV xəbər xəbər verir ki, bu sözləri Azərbaycan aviasiyasının əfsanəvi pilotu, “Şöhrət” ordenli Əzimbala Əzimov Globalinfo.az-a açıqlamasında AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin Qroznıya enişə başladığı, lakin hansısa səbəbdən enişə az qalmış yüksəklik yığdığı barədə məlumata münasibət bildirərkən deyib.
O, doğru cavabın “qara qutu” oxunduqdan sonra üzə çıxacağını bildirib:
“Aktau başqa bir ölkənin şəhəridir. Əslində, icazə alınır, razılıq verilir və s. Hər halda bir dispetçer, digər ölkənin dispetçerinə məlumat verməlidir. Lakin pilot görsə ki, təyyarə qəzaya uğramaq üzrədir, xəbərdarlıqsız gedib yaxında olan aeroporta eniş edə bilər. İstənilən boş zolağa oturmaq olar, heç kim də buna görə pilota heç nə deməz. Çünki göyərtədə nə qədər adam olur və sən onların sağ qalmasını istəyirsən. Ona görə də təyyarəni icazəsiz endirmək mümkündür”.
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Qroznı səmasında “Pantsir”in hücumuna məruz qalıb və ciddi zədələnib. Rusiya ərazisində enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət alan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Nəticədə 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.
- Yeni dövrün əmək bazarı: Məşğulluq Strategiyası bizə nə vəd edir? - Ekspert şərhi
- Nigar Rüstəmliyə yüksək vəzifə verildi
- Dənizdə iki nəfər xilas edildi
- “Demişdi ki, öləndə qəbiristanlığa bir piano gətirim...” - Videomüsahibə
- Rekord istilər qonşu ölkəyə də gəlib çatdı - Dövlət qurumları işi dayandırır
- 28 dəqiqədə milyonlar qazandılar - Fotolar
- Yasamalın bəzi ərazilərində işıq olmayacaq
- Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür