Rusiya Bakıdakı Rus Evinin bağlanması ilə bağlı ikitərəfli münasibətlər səviyyəsində qərar verəcək.
BUTA.TV APA-ya istinadla verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kremlin Bakıya mesajı budur ki, bu addım anlaşılmazlıq hesab edilir.
Dmitri Peskovun açıqlaması zamanı Bakıda Rusiyanın mədəniyyət mərkəzi olan Rus Evinin bağlanmasından təəssüfləndiyini qeyd edib.
“Biz buna təəssüflənirik. Bu məsələnin həllinə ikitərəfli əlaqələrdə yeni mərhələ çərçivəsində nail olmaq olar... Biz bu məsələni müxtəlif səviyyələrdə həmkarlarımız qarşısında qaldıracağıq. Əgər ən yüksək səviyyədə təmaslar olarsa, o zaman iki dövlət başçısının dialoqunda bu məsələ gündəmə gələ bilər. Biz mehriban, ənənəvi münasibətlərimizi rəhbər tutaraq bu problemləri dialoq yolu ilə həll edəcəyik”, - Kremlin Bakıya mesajı olaraq Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Azərbaycan hökuməti, Bakıdakı Rus Evinin (Rossotrudniçestvo) fəaliyyətinə xitam verilməsi ilə bağlı Rusiyaya rəsmi bildiriş göndərib. Bu qərarın əsas səbəbi,Rus Evinin Azərbaycan qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs kimi qeydiyyatdan keçməməsidir. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə, fevralın 3-də Rusiya tərəfinə nota göndərildiyini təsdiqləyib və qeyd edib ki, Rus Evinin qeydiyyatsız fəaliyyəti ölkənin qanunlarının ciddi şəkildə pozulması deməkdir”.
- Qurban Qurbanov uğurun əsas şərtlərindən danışdı
- Aygün Kazımovanın nə qədər vergi borcu var?
- Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı
- Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
- YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək
- Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu
- Kamran Əsədovun məhkəməsi keçirildi
- ADY: Ötən il dəmir yollarında 123 təcili tormozlama qeydə alınıb