“Reqnum” informasiya agentliyinin baş redaktoru Marina Əhmədova Bakıda Rus Evinin bağlanması ilə bağlı açıqlamalarından sonra təhdidlər aldığını və bunun arxasında Ukrayna xüsusi xidmət orqanlarının dayandığını bildirib.
BUTA.TV xəbər verir ki, jurnalist bunu Teleqram kanalında yazıb.
Əhmədovanın iddiasına görə, o, Rus Evinin bağlanmasına cavab olaraq Moskvada da Azərbaycan nümayəndəliklərinə qarşı oxşar addımların atılmalı olduğuna dair açıqlamasından dərhal sonra Teleqram vasitəsilə təhdid dolu mesajlar alıb. Mesajlarda ondan Azərbaycan haqqında yazmamaq tələb edilib, hətta boğazının kəsiləcəyi ilə hədələnib. Jurnalist qeyd edib ki, ilkin mesajlar Azərbaycana aid görünsə də, sonradan mesajların tonunda dəyişiklik hiss olunub.
“Mənə Donetskdə həlak olan bir qızcığazın fotosunu göndərdilər. Onu Ukrayna Silahlı Qüvvələrinin mərmisi öldürmüşdü. Bu, Mələklər Xiyabanından olan bir uşaq idi. Fotoya təhqiramiz ifadələr və mənim də eyni aqibətlə üzləşəcəyimə dair təhdidlər əlavə edilmişdi", - Əhmədova bildirib.
Əhmədova bu mesajlarda Ukrayna xüsusi xidmət orqanlarının əli olmasından şübhələnib. Onun fikrincə, Ukraynanın məqsədi Rusiya daxilində milli zəmində gərginlik yaratmaqdır.
Əhmədova aldığı bütün təhdid mesajlarını hüquq-mühafizə orqanlarına təqdim etdiyini və bundan sonra da Rusiyada diasporların olmaması istiqamətində fəaliyyət göstərəcəyini bildirib.
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin “Reqnum” xəbər agentliyinin baş redaktoruna hədə-qorxu ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib.
- Azərbaycana səfərindən sonra bu görüntüləri paylaşdı - Video
- 50 min dollara saat almaqdansa... - Emin Ağalarov
- Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb
- Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
- Xameneinin dəfnində Azərbaycandan kimlər iştirak edəcək?
- Azərbaycan HHQ komandanı Türkiyədə səfərdədir
- Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ-a xəbərdarlıq...
- Ruslan Abdullayev vəzifəsindən azad edildi - Foto