Azərbaycana qarşı təbliğat aparmaq üçün hər cür yalanlar uyduran bloger Aleksandr Lapşinin erməni bloger Bellanın Azərbaycana ekstradisiya oluna biləcəyi ilə bağlı hay-küylü “şübhəsi” özünü doğrultmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediasına Bellanın yaxını bildirib.
Onun sözlərinə görə, Bellanın Azərbaycana təhvil veriləcəyi ilə bağlı iddialar əsassızdır:
“Bilmirəm kim və niyə belə deyir. Yəqin ki, Belarusa acıqlarını bu cür ifadə edirlər. Mən yüz faiz bilirəm ki, bu yalanların arxasında bir erməni dayanır”.
O bildirib ki, Bella Belarusa qarşı paylaşımlarına görə saxlanılıb.
Qeyd edək ki, “Bella” adı ilə blogerlik edən erməni Belarusda 5 maddə ilə ittiham edilir. Bloger Lapşin onun “Azərbaycanın sifarişi ilə saxlandığı və bakıya ekstradisiya edilə biləcəyi” haqda ”qeyri-rəsmi mənbədən əldə etdiyi ehtimalı” yaymışdı.
- Ölkə əhəmiyyətli memarlıq abidəsinə ziyan vuruldu – Foto
- “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
- Özünün və başqalarının həyatına təhlükə yaradan qadın... - Video
- Buzlar əridi... - Elvin əsas heyətə qayıtdı-Video
- Qızına elçi düşən şəxsi döyərək öldürdü
- AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- Yararsız döyüş sursatları məhv ediləcək - MN
- 18 yaşlı qız tanışı olan oğlanı bıçaqladı