“Speys” telekanalında yayımlanan “Tarixin bir günü” verilişində meyxanaçı Rəşad Dağlının ad gününün qeyd edilməsi müzakirələrə səbəb olub. Bəziləri efirdə ad günü keçirilməsini dəstəkləsə də, buna qarşı çıxanlar da var. Onlar bildirirlər ki, meyxanaçının ad gününün keçirilməsi təbiidir, lakin televiziya kanalının bunu yayımlaması qəbuledilməzdir. Qeyd edilir ki, qətlə görə həbs edilən şəxsin ad gününün telekanalda belə təmtəraqla keçirilməsi doğru deyil.
BUTA.TV xəbər verir ki, sosioloq Elçin Bayramlı baş verənləri “rəzalət” və “biabırçılıq” adlandırıb:
“Belə neqativ halların təbliği qəsdən aparılır. Bunun başqa izahı yoxdur. Təxminən 20 ildir, özəl televiziyalar açıq şəkildə xalqımıza qarşı mənəvi terror həyata keçirir. Televiziya tam nəzarətsiz məkandır. Buna görə də hansısa qüvvələr bəzi xarici mərkəzlərdən aldıqları tapşırıqlar əsasında gecə-gündüz özbaşınalıqların, cinayətlərin təbliğatını aparırlar”.
Sosioloq bildirib ki, belə verilişlər bağlanmalıdır:
“Ölkədə bir qram da olsa, milli-mənəvi dəyər qalıbsa, onlar efirdən kənarlaşdırılmalı, hətta həbs olunmalıdırlar. Əhalinin fiziki və mənəvi sağlamlığını qorumaq dövlətin borcu və vəzifəsidir. Nə qədər ki bu hallar davam edəcək, ölkədə kriminal hadisələrin, narkomaniyanın sayı sürətlə artacaq, mənəvi çöküşə doğru gedəcəyik. Gənc nəslin tərbiyəsi məhv edilib, efirlərdə ancaq neqativ şeylər təbliğ olunur. Bunun da adı mənəvi terrordur”.
Sözügedən kadrları təqdim edir:
Qeyd edək ki, Rəşad Dağlı qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
- Türkiyədən Rusiyaya sərt siyasi mesaj: Koalisiyaya qoşuldu!
- Mənə dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər...
- Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar?
- İlham Əliyevin hesablarında Zirvə görüşündən paylaşım - Video
- Uraloğludan Xankəndidən təsirli sözlər - Foto
- Şərif özü və Ərdoğan üçün Xankəndidən ev istədi - Video
- Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı
- İlham Əliyevlə bu barədə razılığa gəldik - Şərif