Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.
“BUTA.TV” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
- “Sabah” “Orhus”u məğlub edir - Canlı-Yenilənir
- Bakının bu rayonlarında qaz olmayacaq
- "Dərnəgül" deposu tarixində ilk qatarı qəbul etdi
- Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri
- Prezident yeni elektrik avtobuslarına mindi - Fotolar+Video
- Naxçıvan Sənaye Parkının təməli qoyuldu - Fotolar+Video
- Hərracda iştirak etmək istəyənlərin diqqətinə: 64 avtomobil...
- Prezident və xanımı Naxçıvandadır - Foto-Video