Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, Poçt qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Həsən Nizami oğlu Hüseynova məxsus marketdə yoxlama keçiriblər.
Bu barədə BUTA.TV-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, baxış zamanı satışda “N1 Organik”, “Premium” əmtəə nişanlı saxta alkoqollu içkilər və istifadə müddəti bitmiş qida məhsulları müəyyən edilib. İçkilərin orijinaldan fərqli miqdarda doldurulduğu, istehsalçı barədə məlumatların düzgün qeyd edilmədiyi, müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Marketdə qida məhsullarının saxlanma şəraitinə riayət edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub.
Sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib. Alkoqollu içkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
- “Sabah” “Orhus”u Bakıya gəlməyə peşman edir - Canlı-Yenilənir
- Bakının bu rayonlarında qaz olmayacaq
- Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri
- Prezident yeni elektrik avtobuslarına mindi - Fotolar+Video
- Naxçıvan Sənaye Parkının təməli qoyuldu - Fotolar+Video
- Hərracda iştirak etmək istəyənlərin diqqətinə: 64 avtomobil...
- Prezident və xanımı Naxçıvandadır - Foto-Video
- Turistlərin İçərişəhərdəki “əl işləri” - Nəzarətə götürüldü+Video