FHN komandası beynəlxalq turnirdə yüksək nəticə göstərdi

21:57 - 7 İyun 2026 - GÜNDƏM

 FHN komandası beynəlxalq turnirdə yüksək nəticə göstərdi

5-7 iyun 2026-cı il tarixlərində Mərakeş Krallığının Kasablanka şəhərində III Dünya Korporativ Oyunları keçirilib.

BUTA.TV xəbər verir ki, yarışlarda 180 komandadan 1500-ə yaxın idmançı müxtəlif idman növləri üzrə öz qüvvələrini sınayaraq əzmkar mübarizə aparıblar. Yarışda Fövqəladə Hallar Nazirliyinin də komandaları iştirak edərək yüksək nəticələr göstəriblər.

Belə ki, voleybol yarışlarında Azərbaycanı təmsil edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət voleybol komandası 6 oyun keçirərək finala vəsiqə qazanıb. Finalda isə komanda əzmkar oyun nümayiş etdirərək Rusiyanın “ROSTEK” komandasına 2:0 hesabı ilə qalib gələrək qızıl medala sahiblənib.

3x3 basketbol yarışlarında mübarizə aparan FHN-in kişilərdən ibarət basketbol komandası 5 oyun keçirərək finalda Mərakeşin "FOUNDEVER 1" komandasına 11:4 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, gizir Əli Bayramov stolüstü tennis üzrə yarışda 6 oyun keçirərək bürünc medal əldə etməyi bacarıb.

Qaliblər kubok, medal və diplomlarla təltif ediliblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol