İran İsrailə raket zərbələri endirdi

23:45 - 7 İyun 2026 - GÜNDƏM

 İran İsrailə raket zərbələri endirdi

İsrail ordusu İran ərazisindən raketlərin buraxıldığını qeydə alıb.

BUTA.TV” APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, İsrailin şimal bölgələrinin çoxunda, o cümlədən Hayfa ətrafında hava həyəcanı elan olunub.

Qeyd olunub ki, hava hücumundan müdafiə qüvvələri hava hədəflərinin zərərsizləşdirilməsi üçün fəaliyyətə başlayıb.

İsrail Müdafiə Qüvvələri İran ərazisindən buraxılan raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirildiyini açıqlayıb.

Məsələ ilə bağlı İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir isə “X” sosial şəbəkəsində paylaşım edib.

“Bu gecə Tehran yanmalıdır!”, - nazir qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol