Paşinyanın partiyası seçkilərdə qalib gəldi - Yenilənib

08:09 - 8 İyun 2026 - GÜNDƏM

 Paşinyanın partiyası seçkilərdə qalib gəldi - Yenilənib

Ermənistanda dünən keçirilən parlament seçkilərində bülletenlərin 90 faizi hesablanıb.

BUTA.TV” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Mərkəzi Seçki Komissiyası  yayıb. 

Saat 08:00-a olan məlumata görə, 2005 seçki məntəqəsindən 1878-inin nəticələri artıq məlumdur və ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyası səslərin 50,25 faizini toplayaraq liderdir.

Bununla yanaşı, “Güclü Ermənistan” bloku  23,31%, “Ermənistan” bloku 9,78%, “Çiçəklənən Ermənistan” partiyası” isə 4,02% səs toplayıb. 

Digər partiyalar isə hələ 4 faizlik həddi keçə bilməyib. 

Seçkilərdə 16 partiya və 2 blok iştirak edib.

***

09:00-a olan məlumata görə, Ermənistan MSK 1963 seçki məntəqəsinin səslərini hesablayıb.

Yeni nəticələrə əsasən, “Vətəndaş müqaviləsi” partiyası səslərin 49,83 faizini toplayıb və liderliyini qoruyur. 

“Güclü Ermənistan” bloku 23,35%, “Ermənistan” bloku 9,93%, “Çiçəklənən Ermənistan” partiyası isə 3,98% səs toplayıb.

***

Ermənistan MSK bütün seçki məntəqələrindəki bülletenləri hesablayıb.

İlkin nəticələrə əsasən, “Vətəndaş müqaviləsi” partiyası 49,81%, “Güclü Ermənistan” bloku 23,29%, “Ermənistan” bloku 9,94%, “Çiçəklənən Ermənistan” partiyası isə 4% səs toplayıb.

Bununla da, parlamentdə hər 4 siyasi qüvvənin təmsil olunacağı dəqiqləşib.

Siyasi qüvvələrin qazandığı mandatlar aşağıdakı kimi bölüşdürüləcək:

“Vətəndaş müqaviləsi” partiyası - 61 mandat

“Güclü Ermənistan” bloku - 28 mandat

“Ermənistan” bloku - 11 mandat

“Çiçəklənən Ermənistan” partiyası - 5 mandat.

4 ən böyük milli azlıq üçün nəzərdə tutulan 4 mandatdan üçü Baş nazir Nikol Paşinyanın lideri olduğu “Vətəndaş müqaviləsi” partiyasına, biri isə “Güclü Ermənistan” blokuna düşüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol