Xəbər verdiyimiz kimi, Naxçıvanda 2019-cu il təvəllüdlü Elmir Cahangir oğlu Qurbanov su kanalına düşərək həyatını itirib.
BUTA.TV Musavat.com-a istinadla xəbər verir ki, azyaşlı Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan hərbi qulluqçusu, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Babək Qurbanovun və Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan polkovnik-leytenantı Bayram Qurbanovun qardaşı oğludur.
Prezident İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Babək Qurbanov, eyni zamanda “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə də təltif edilib.
Babək Qurbanovun əkiz qardaşı Bayram Qurbanov da Vətən Müharibəsinin iştirakçısı olub və Prezident tərəfindən Şuşanın, Kəlbəcərin, Cəbrayılın azad olunmasına görə, eləcə də “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
- Hərracda iştirak etmək istəyənlərin diqqətinə: 64 avtomobil...
- Prezident və xanımı Naxçıvandadır - Foto
- Turistlərin İçərişəhərdəki “əl işləri” - Nəzarətə götürüldü+Video
- Rusiya ilə diplomatik münasibətlər bərpa edilə bilməz
- Yerli xammaldan günəbaxan yağı istehsalı 4000 tona çatdırılır
- Lənkəranda meşədən kişi və qadın meyitləri tapıldı
- Azərbaycanda bu institut bağlanır?
- Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu