Valideynlər uşaqların telefonlarda nə ilə məşğul olduğunu nəzarətdə saxlamalıdırlar. Çoxsaylı izləyicisi olan tiktokerlər, blogerlər və yutuberlər uşaqlar üçün ciddi risklər yarada bilər. Canlı yayımlarda on minlərlə, hətta yetmiş–səksən min izləyicisi olan blogerlər mövcuddur. Bu cür şəxslərlə bağlı ciddi tədbirlər görülməlidir.
BUTA.TV Trend-ə istinadla xəbər verir ki, bunu “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İB-nin rəhbəri Nail Kəmərli Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması” mövzusunda ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, məsələ təkcə onları qısa müddətli inzibati qaydada cəzalandırmaqla həll olunmamalıdır.
O bildirib ki, bu istiqamətdə qanunvericiliyin daha sərt şəkildə tətbiqinə ehtiyac var:
"Eyni zamanda tiktokerlərlə yanaşı valideynlərə də məsuliyyət və nəzarət öhdəliyi baxımından müəyyən sanksiyalar tətbiq olunmalıdır. Bu yaxınlarda mənə 15 yaşlı bir uşaq zəng etdi, ağlayırdı. Əvvəlcə onun narkotik istifadəçisi olduğunu düşündüm. Daha sonra məlum oldu ki, o, 12 yaşından etibarən onlayn kazino oynayır. Məsələni araşdırdıq və aydın oldu ki, problemin kökündə ailə mühiti dayanır. Ata-ana ayrılıb, ana işləyir, uşaq isə nəzarətsiz qalıb və başqa bir şəxsin təsiri ilə onlayn kazinoya cəlb olunub. Hazırda onun altı min manat qumar borcu var".
- Rusiya ilə diplomatik münasibətlər bərpa edilə bilməz
- Yerli xammaldan günəbaxan yağı istehsalı 4000 tona çatdırılır
- Lənkəranda meşədən kişi və qadın meyitləri tapıldı
- Azərbaycanda bu institut bağlanır?
- Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu
- Təcili yardıma 27 dəfə zəng etdi, açan olmadı - VİDEO
- Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto
- Bakıda usta evdən 10 min manatlıq qızıl oğurladı