Expressbank qızıl təminatlı istehlak kreditləri üzrə yeni kampaniya təqdim edir.
Kampaniya çərçivəsində digər banklarda qızıl təminatı ilə götürülmüş kreditini Expressbanka köçürən müştərilər 3%-dək endirim əldə edirlər.
Yeni kampaniya müştərilərə mövcud kredit öhdəliklərini daha sərfəli şərtlərlə idarə etmək, aylıq ödəniş yükünün optimallaşdırılmasına dəstək olmaq və ümumi maliyyə planlamasını daha rahat şəkildə qurmaq imkanı yaradır.
100 000 manatadək qızıl təminatlı istehlak krediti üzrə illik faiz dərəcəsi 18%-dən başlayaraq 38%-dək, FİFD isə 18%-dən 39.80%-dək dəyişir. Kreditlər üzrə komissiya haqqı 0%-dən 3%-dək aralıqda müəyyən olunur. Kreditin müddəti 3 aydan 48 ayadəkdir.
Qeyd edək ki, Expressbank 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə bağlı sizə ən yaxın filialdan, www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Təcili kredit üçün bura keçid edin!
- Rusiya ilə diplomatik münasibətlər bərpa edilə bilməz
- Yerli xammaldan günəbaxan yağı istehsalı 4000 tona çatdırılır
- Lənkəranda meşədən kişi və qadın meyitləri tapıldı
- Azərbaycanda bu institut bağlanır?
- Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu
- Təcili yardıma 27 dəfə zəng etdi, açan olmadı - VİDEO
- Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto
- Bakıda usta evdən 10 min manatlıq qızıl oğurladı