Məşhur biznesmen və musiqiçi Emin Ağalarov Azərbaycanda tətbiq etdiyi otel tikintisi təcrübəsini Dağıstanın Xəzər sahilindəki layihələrə də tətbiq etmək qərarına gəlib.
Kult.az Bakupost.az-a istinadla xəbər verir ki, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov şirkətin Dağıstanda otel tikməkdə maraqlı olduğunu bildirib. Bununla yanaşı o, layihənin konkret detallarını açıqlamayıb.
Ağalarov hələlik məsələ ilə bağlı heç bir konkterlik olmadığını da diqqətə çatdırıb:
"Dağıstan inanılmaz bir məkandır. Tez-tez gedirəm. Dağıstandakı sahil xətti mənim Azərbaycanda inkişaf etdirdiyim sahil xəttinə bənzəyir. Əslində, bizi yalnız sərhəd ayırır - eyni iqlim, eyni qum, eyni Xəzər dənizi. Xəzər dənizində kurort daşınmaz əmlakının inkişafında artıq geniş təcrübəm olduğuna görə, hər görüşdə klasterə qoşulmalı olduğumuzu qeyd edirəm. Amma hələlik heç bir konkretlik yoxdur”.
O sözlərinə görə, irimiqyaslı otel tikintisi layihələri üçün dövlət dəstəyi vacibdir:
"Mən Azərbaycanda su, kanalizasiya və elektrik enerjisi çatışmazlığı olan uzun bir yol keçmişəm. Belə irimiqyaslı layihələr hökumətin kommunal xidmətlər göstərməyə hazır olmasını tələb edir".
- Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
- İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı
- Baş nazirdən DTX ilə bağlı qərar
- "Azercell" bununla bağlı beynəlxalq sertifikasiyasını yenilədi
- Azərbaycan sərhədlərarası ani ödənişlərə hazırlıq görür
- Bu, köçkün ailələrin qayıdışına ciddi maneə törədir...
- Bakının məşhur gecə klubunun qarşısında dava: İki mühafizəçi...
- Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı