Naxçıvan Televiziyasının sabiq sədri, jurnalist Sahil Tahirli yeni vəzifəyə təyin edilib.
BUTA.TV-ın Oxu.az-a istinadən məlumatına görə, Sahil Tahirli Speys televiziyasında "Xəbərlər" departamentinin rəhbəri təyin olunub.
Xatırladaq ki, S.Tahirli bu təyinatdan əvvəl "Hədəf" Şirkətlər Qrupunda media və ictimaiyyətlə əlaqələr üzrə müşavir vəzifəsində fəaliyyət göstərib.
O, 13 il Naxçıvan Televiziyasına rəhbərlik edib, Naxçıvan Ali Məclisində Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Naxçıvan Televiziya və Radio Şurasının sədri vəzifələrində çalışıb.
O, medianın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Qeyd edək ki, ötən ay Ayaz Mustafayev Speys televiziyasına yeni baş direktor təyin edilib. Yeni rəhbərliyin formalaşdırılması ilə paralel olaraq kanalda idarəetmənin təkmilləşdirilməsi və fəaliyyətin müasir media çağırışlarına uyğunlaşdırılması istiqamətində islahatlar davam etdirilir.
- “Məni vurdu, bildirdi ki, evdə desən, qiymətini kəsəcəyəm” - Video
- Bakının bəzi ərazilərində qaz olmayacaq
- Bu evlər cəmi 2 saata hazır olur
- Sel Laza yolunu bu hala saldı - Fotolar
- Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu
- Eynulla Fətullayevin saytını satdığı Adəm İsmayılov kimdir?
- Sahil Tahirli Speys TV-də vəzifəyə təyin olundu
- Bu fondun səlahiyyətləri artırıldı