Türkiyənin Batumi şəhərindəki Baş Konsulluğunun rəhbəri Adnan Altay Altınörsün kazinoda çəkilmiş görüntülərin sosial mediada yayılmasından sonra Türkiyə Xarici İşlər Nazirliyi (XİN) hərəkətə keçib.
“BUTA.TV” xəbər verir ki, diplomata aid fotoların yayılması diplomatik dairələrdə rezonans doğurub.
Hadisədən sonra Altınörs təcili şəkildə Ankara qərargahına geri çağırılıb.
XİN baş verənlərin ardından Batumidəki diplomatik nümayəndəlikdə dəyişiklik edib və vəzifəyə Tbilisidəki Türkiyə səfirliyinin müşaviri Banu Terzioğlu təyin olunub. O, bundan əvvəl Almaniyanın Karlsrue şəhərində baş konsul vəzifəsində də çalışıb.
Yeni təyinatla bağlı məlumatda bildirilir ki, Terzioğlu diplomatik xidmətə 2005-ci ildə başlayıb və müxtəlif mərhələlərdə Nazirliyin protokol, regional və Avropa İttifaqı üzrə strukturlarında çalışıb.
Hadisə ilə bağlı rəsmi açıqlama verilməsə də, sosial mediada yayılan görüntülərin qərarın sürətlə qəbul olunmasında həlledici rol oynadığı qeyd olunur.

- Təcili yardıma 27 dəfə zəng etdi, açan olmadı - Video
- Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto
- Bakıda usta evdən 10 min manatlıq qızıl oğurladı
- "Express Business” tətbiqində yeni funksionallıq istifadəyə verilib
- "Azercell" bu layihənin əhatə dairəsini genişləndirir
- Livanda ölüm hökmü ləğv edildi - Ərəb dünyasında ilk
- Şadlıq saraylarında qiymətlər bahalaşdı - Video
- Sabah çimərliklərdə hava necə olacaq? - Proqnoz