Paytaxtın Xətai rayonu ərazisində səkinin ensiz olması səbəbindən piyadaların hərəkətində maneələr yaranır. Ensiz səkidən keçmək olmur. Piyadalar avtomobil yoluna çıxaraq hərəkət edirlər. Səki olmadığından yolun həmin hissəsindən piyadalar az istifadə edirlər. Bu, sürücülər üçün də qəza şəraiti yaradır.
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən Xəzər TV-yə verilən açıqlamada səkinin ensiz olmasına oradakı obyektin həmin səkini zəbt etməsinin səbəb olduğu bildirilib.
O da qeyd edilib ki, İcra hakimiyyəti tərəfindən yenidən araşdırma aparılacaq və tədbir görüləcək.
- Təcili yardıma 27 dəfə zəng etdi, açan olmadı - Video
- Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto
- Bakıda usta evdən 10 min manatlıq qızıl oğurladı
- "Express Business” tətbiqində yeni funksionallıq istifadəyə verilib
- "Azercell" bu layihənin əhatə dairəsini genişləndirir
- Livanda ölüm hökmü ləğv edildi - Ərəb dünyasında ilk
- Şadlıq saraylarında qiymətlər bahalaşdı - Video
- Sabah çimərliklərdə hava necə olacaq? - Proqnoz