Çin və Cənubi Koreyanın bəzi şəhərlərində yay aylarında yüksək temperaturun təsirini azaltmaq üçün yolların, binaların və metroların üzərinə avtomatik su püskürtmə sistemləri, süni yağışlar quraşdırılıb. Mütəmadi olaraq işləyən bu sistemlər asfaltın və binaların səth temperaturunu aşağı salmaqla yanaşı, toz hissəciklərinin də azalmasına kömək edir.
Sözügedən mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli BUTA.TV-a açıqlamasında bildirib ki, Cənubi Koreya və Çin yüksək texnologiyalara malik ölkələrdir və ekstremal isti hava şəraitində müxtəlif innovativ sistemlərdən istifadə edə bilərlər.
“Lakin Azərbaycanda bu cür üsulların tətbiqinə ehtiyac yoxdur. Çünki ölkəmizdə su ehtiyatları ilə bağlı müəyyən problemlər mövcuddur və isti havalarda genişmiqyaslı su istifadəsi əlavə yük yarada bilər. Digər tərəfdən, Azərbaycan mülayim subtropik iqlim qurşağında yerləşdiyindən yay aylarında müşahidə olunan istilər adətən ekstremal səviyyəyə çatmır.
Hazırda və yaxın günlər üçün də 40 dərəcədən yuxarı temperatur proqnozlaşdırılmır. Buna görə də Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə insanları sərinlətmək məqsədilə bu tip sistemlərin tətbiqi zəruri hesab edilmir. Əksinə, mövcud hava şəraiti insanların dəniz sahilində və açıq havada istirahət etməsi üçün əlverişlidir”, - o bildirib.
“17 minə müqavilə bağlamışdım, nə özü, nə də əməkdaşları cavab verir” - Video
- "Azercell"in bu sahədəki potensialı beynəlxalq səviyyədə tanındı
- “Semaşko”da plastik borudan xərək “rüsvayçılıq”dır? - Video
- Klinika rəhbəri TV əməkdaşlarına hücum etdi - Video
- Kəlbəcərdə partlayış - 3 qurum birgə məlumat yaydı
- Baş Prokurorluq da işə qarışdı - Araşdırma aparılır
- Başçı özünə birinci müavin təyin etdi
- Sabah 38 dərəcə isti olacaq
- Ştaynmayer Əliyevi belə qarşıladı - Video