Sakinlər onun xilası üçün nazirliyə zəng etdilər - Video

15:10 - 20 İyul 2026 - GÜNDƏM

 Sakinlər onun xilası üçün nazirliyə zəng etdilər - Video

Xaçmaz şəhərində iki divarın arasında sıxılıb qalan sahibsiz itin vəziyyəti ətrafdakı sakinlərin diqqətini çəkib.

BUTA.TV” xəbər verir ki, hərəkət etmək imkanı olmayan, köməksiz halda qalan heyvanın iniltilərini eşidən insanlar onu xilas etməyə çalışsalar da, cəhdləri nəticəsiz qalıb.

Hadisə şahidləri yardıma Fövqəladə Hallar Nazirliyini çağırıblar. Qısa müddətdə hadisə yerinə çatan FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri vəziyyəti operativ qiymətləndirərək xüsusi xilasetmə avadanlıqlarından istifadə ilə iki divarın arasında sıxılmış iti təhlükəsiz şəkildə azad ediblər.

Xilasedicilər heyvanı azad etdikdən sonra ona su və qida veriblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol